Azərbaycan çempionu və gümüş medalçı avrokuboklarda iştirakdan imtina edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan çempionu və gümüş medalçı avrokuboklarda iştirakdan imtina edib

15:33 - 20 / 06 / 2022
Azərbaycan çempionu və gümüş medalçı avrokuboklarda iştirakdan imtina edib

Qadın voleybolçulardan ibarət "Abşeron" və kişilərdən ibarət "Neftçi" komandası 2022/2023 mövsümündə avrokuboklarda iştirakdan imtina edib.

Federasiyadan 1news.az-a verilən məlumata görə, hər iki klub öz istəyilə ilə bu addımı atıb.

Qərarın səbəbi açıqlanmasa da, bunun maliyyə məsələləri ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, "Abşeron" ötən mövsüm Super Liqada çempion olub, "Neftçi" isə Yüksək Liqada 2-ci yeri tutub.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər