BP-də Azərbaycan üzrə yeni vitse-prezident təyin olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP-də Azərbaycan üzrə yeni vitse-prezident təyin olunub

13:22 - 26 / 07 / 2022
BP-də Azərbaycan üzrə yeni vitse-prezident təyin olunub

Kolin Allan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə üzrə yeni vitse-prezidenti təyin edilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, o, bu vəzifədə Nayl Hendersonu əvəz edəcək.

K.Allan 1999-cu ildən BP-də işləyir. O, bp-nin Şimal dənizi regionu, Azərbaycan, Əlcəzair, Anqola və Trinidad və Tobaqo bölmələrində kommersiya fəaliyyəti və biznes inkişafı sahələrində müxtəlif vəzifələrdə olub.

Kolin Allan "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi üzrə danışıqlarda iştirak edib.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər