“Bridge Group of Companies”in yeni layihəsi – “Şərq Bazarı”nda yerləşən türk mətbəxi restoranı “Bazar” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bridge Group of Companies”in yeni layihəsi – “Şərq Bazarı”nda yerləşən türk mətbəxi restoranı “Bazar” – FOTO

Qafar Ağayev10:11 - 01 / 08 / 2022
“Bridge Group of Companies”in yeni layihəsi – “Şərq Bazarı”nda yerləşən türk mətbəxi restoranı “Bazar” – FOTO

“Bridge Group of Companies” yeni dadlı layihəsi olan – “Bazar” türk mətbəxi restoranını təqdim edib. Bu füsunkar məkan “Şərq Bazarı”nda yerləşir.

Yerli əhəmiyyətə malik tarixi və mədəniyyət abidələri siyahısına daxil edilmiş “Şərq bazarı” yaxın zamanlarda genişmiqyaslı yenidənqurmadan sonra yenidən qapılarını açaraq, ümumi sahəsi təxminən 9000 m² olan müasir ticarət mərkəzinə və bazara çevrilib.

Məlumdur ki, ta qədim zamanlardan Şərqdə bazarlar şəhərlərin mərkəzi olub. Bu gün də “Şərq bazarı” dedikdə ilk ağlımıza Şərq nağılları, al-əlvan məhsullar, ətirli ədviyyatlar, unudulmaz duyğular və ləzzətli yeməklər gəlir. Şərq qastronomiyasından danışdıqda, bu zaman çoxəsrlik tarixə və qədim ənənəyə malik, Azərbaycanda da olduqca məşhur olan və sevilən türk milli mətbəxi olmadan təsəvvür etmək çətindir.

Məhz bu səbəbdən “Bridge Group of Companies” “Şərq Bazarı”nda Şərq ab-havasını parlaq şəkildə tamamlayan və ləzzətlə vurğulayan türk və Şərq restoranı açmaq qərarına gəldi. Məkana qədəm qoyan hər bir qonaq elə ilk dəqiqədən özünü sanki təzadlar şəhəri İstanbulda hiss edəcək.

“Bridge Group of Companies” komandası “Şərq bazarı”nda yerləşən restorana “Bazar” adını verməklə həm buradakı əsrarəngiz Şərq elementlərini qoruyub saxlamaq, eyni zamanda yenidən qurulan “Şərq Bazarı”nın ümumi konsepsiyasını özündə ehtiva etmək qərarına gəlir.

Hər dəfə “Bazar”a gəlişiniz sizdə sanki Türkiyəyə əyləncəli qastronomik səyahət təəssüratı bağışlayacaq. Çünki burada sizi sözlərlə ifadə olunmaz ecazkar ab-hava, sevimli təamların və doyumlu yeməklərin ən maraqlı birləşməsi gözləyir.

Bütün “Bridge Group of Companies” məkanları – hazırlanmış yeməklərin əla keyfiyyəti və dadı, ideal şəkildə tərtib edilmiş içkilərin siyahısı və yüksəksəviyyəli xidmətilə seçilir. Gülərüz personal diqqətcilliyi və nəcibliyi ilə restorana hər gəlişinizi unudulmaz edəcək. Və siz bu möhtəşəm məkana getdikcə daha çox heyran qalacaqsınız. Bunun bir çox səbəbləri var. Elə isə, gəlin “Bazar” restoranını daha yaxından tanıyaq:

Məlum olduğu kimi, türk mətbəxi haqlı olaraq dünyanın ən zəngin, ən qədim və rəngarəng mətbəxlərindən biri hesab olunur. “Bazar”da yeməklərin hazırlanmasına görə cavabdeh olan Türkiyədən xüsusi olaraq dəvət olunmuş şef-aşpaz türk mətbəxinin ən ləzzətli nümunələrini restoran menyusuna daxil edib. Zəngin menyuda bütün klassik ənənəvi yeməklər qonaqların könlünü oxşayacaq. Belə ki, burada müxtəlif növ kabablar, məzələr, lahmacun və pidelər mis sobada hazırlanır. Həmçinin məşhur və inanılmaz dərəcədə dadlı püstəli katmer də daxil olmaqla, müxtəlif növ desertlərin dadı uzun müddət damağınızdan getməyəcək. Xüsusilə vurğulayırıq ki, menyuya daxil edilən bütün yeməklərin və qəlyanaltıların hazırlanması üçün yalnız təzə, təbii və keyfiyyətli məhsullardan istifadə olunur.

Ümumiyyətlə, “Bazar”da təqdim olunan milli türk mətbəxindən danışırıqsa, o zaman burada da hər şey Şərqlə Qərbin mükəmməl birləşməsi olan hamının sevimli İstanbulunda olduğu kimidir. Belə ki, məkandakı ən yaxşı inqrediyentləri, zəngin şirəli dadı və inanılmaz dərəcədə möhtəşəm və səxavətli yeməklərin hazırlanmasını, eləcə də təqdim edilməsi ənənələrini də vuğulamaq lazımdır.

“Bazar”ın şef-aşpazı qeyd edir ki, bayram günlərində məkanın qonaqlarını xüsusi yeməklər, həftə sonları isə, ənənəvi doyurucu türk səhər yeməyi gözləyir. Buranın kahvaltısı inanılmaz dərəcədə dadlı və sağlamdır. Tamamilə əmin ola bilərsiniz ki, məkanda təqdim edilən səhər yeməyi sizi Türkiyə şəhərlərinə “apararaq”, oranın qastronomik dünyasına qərq edəcək, ən əsası isə, sizə gün boyu bol enerji və canlılıq bəxş edəcək.

Məkanın qiymətlərinə gəlincə, onları məqbul hesab etmək olar. Belə ki, buradakı qiymətlər olduqca münasibdir. Qısacası, əgər restorana gedərək, keyfiyyətli təzə inqrediyentlərlə hazırlanmış ləzzətli türk yeməklərini dadmaq, əylənmək, eyni zamanda yüksək miqdarda pul xərcləmək istəmirsinizsə, o zaman “Bazar” tam sizə görədir. Xüsusilə vurğulayırıq ki, restoranda qiymətlərin sərfəli olması xidmətə və təklif olunan yeməklərin yüksək keyfiyyətinə təsir göstərmir.

“Bazar” inanılmaz dərəcədə qonaqpərvərlik ab-havası ilə də doludur – nəhəng günbəzlər burada keçirdiyiniz zamanı dadlı etməklə yanaşı, uzun müddət xatirinizdə iz buraxacaq!

Əlbəttə ki, könül oxşayan musiqi sədaları “Bazar”ın olmazsa olmazıdır. Məkanın düzgün şəkildə musiqi tərtibatı, eləcə də həftə sonları sənətçilərin canlı ifası restoran qonaqlarını İstanbul atmosferinə daha da qərq edəcək.

Əlaqə nömrələri: +994512290660, +994512290666

Instagramhttps://www.instagram.com/bazar_turkish_cuisine/

Facebookhttps://www.facebook.com/Bazar-Turkish-Cuisine-105071095614449

Reklam hüququnda

Paylaş:
1741

Son xəbərlər

Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMANBu gün, 14:53Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər - SİYAHIBu gün, 14:38Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 14:34Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32İlham Əliyev Tailand Kralını təbrik edibBu gün, 11:12Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 10:52Prezident: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyirBu gün, 10:41Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıbBu gün, 10:21Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 10:12Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHIBu gün, 09:55İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edibBu gün, 09:53Azərbaycan neftinin bahalaşması davam edirBu gün, 09:36Gəncədə taksi sürücüsü bıçaqlanıbBu gün, 09:23Daha bir piyada keçidinin inşası yekunlaşdırılıbBu gün, 09:09
Bütün xəbərlər