“Neftçi”nin mümkün rəqibi bilinib | 1news.az | Xəbərlər
İdman

“Neftçi”nin mümkün rəqibi bilinib

17:47 - 02 / 08 / 2022
“Neftçi”nin mümkün rəqibi bilinib

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

1news.az saytı xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Neftçi”nin də mümkün rəqibi bəlli olub.

Əsas yolda mübarizə aparan “ağ-qaralar” III təsnifat mərhələsini adlasa, “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bunun üçün Laurentsiu Regekampfın yetirmələri Avstriyanın “Rapid” (Vyana) klubunu keçməlidir.

“Neftçi” pley-offa vəsiqə qazansa, ilk qarşılaşmanı səfərdə keçirəcək. Bu mərhələnin görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında qarşılaşmalar avqustun 4-də və 11-də keçiriləcək.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər