23 saatlıq əməliyyatla siam əkizlərini ayırdılar | 1news.az | Xəbərlər
Dünya

23 saatlıq əməliyyatla siam əkizlərini ayırdılar

16:24 - 05 / 08 / 2022
23 saatlıq əməliyyatla siam əkizlərini ayırdılar

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Paulo Nimeyer Neyrocərrahiyyə İnstitutunun (IEC) alimləri virtual reallıqdan istifadə edərək siam əkizləri Artar və Bernandonu ayırıblar.

1news.az oxu.az-a istinadən xəbər verir ki, 23 saat çəkən əməliyyat üçün 100 nəfərlik tibbi qrup lazım olub.

Müdaxilədə iştirak edən cərrahlar bildiriblər ki, bu, onların bütün peşə həyatında ən çətin prosedurdur.

Əkizlərin birləşmiş kəllə sümüyü, beynin bir hissəsi, həmçinin ümumi həyati arteriyaları olub.

Əməliyyatın son mərhələsi virtual reallıqda baş tutub: Mütəxəssislər oğlanların kəllə sümüyünün kompüter modelini yaradıb və onunla manipulyasiya etməyi öyrəniblər.

Hazırda xəstələr sağalır. Hələlik uşaqlarda nitq çətinlikləri müşahidə olunur.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər