İŞİD-in Suriyadakı rəhbəri məhv edildi
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.
Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib.
1news.az
538