Tokayev: “Bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir” | 1news.az | Xəbərlər
Siyasət

Tokayev: “Bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir”

1news Redaksiyası12:28 - 24 / 08 / 2022
Tokayev: “Bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir”

"Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir".

1news.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı bildirib. O qeyd edib ki, bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq:

“Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər