“Lukoyl”-un Direktorlar Şurasının sədri ölüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

“Lukoyl”-un Direktorlar Şurasının sədri ölüb - FOTO

12:28 - 01 / 09 / 2022
“Lukoyl”-un Direktorlar Şurasının sədri ölüb - FOTO

“Lukoil” şirkətinin Direktorlar Şurasının sədri Ravil Maqanov intihar edib.

1news.az xarici mediaya istinadən bildirir ki, hadisə Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxanasında baş verib.

Belə ki, Maqanov özünü həmin xəstəxananın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır, intiharın səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, R. Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər