Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri ilə cari məsələləri müzakirə edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri ilə cari məsələləri müzakirə edib - FOTO

16:01 - 03 / 09 / 2022
Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri ilə cari məsələləri müzakirə edib - FOTO

3 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri qəbul edib.

1news.az xəbər verir ki, XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğuladı. O, UNESCO üzrə Azərbaycan və Andorra Milli Komissiyaları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən "Youth Art Camp" layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkür ifadə etdi. Şuşa şəhərinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir, şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfə məlumat verdi. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyi, 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərini işğaldan azad etdiyi və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyi qarşı tərəfin diqqətinə çatdırıldı.

Xanım Hedva Ser səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycana cari il ərzində 3-cü səfərini reallaşdırdığını məmnunluqla vurğuladı. Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söylədi. UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi “Sülhə gedən yol” layihəsindən bəhs edərək, Azərbaycanın bu layihəyə dəstək verdiyini minnətdarlıqla bildirdi və bu xüsusda hələ 2015-ci ildə Bakıda, müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd etdi.

Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahənin, o cümlədən elm, təhsil, mədəniyyət inkişafı istiqamətində görülən işlər barədə məlumat , eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının ayrılması, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparıldı.

Paylaş:
302

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər