Sevinc Fətəliyeva: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu əhəmiyyətli dərəcədə artıb” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu əhəmiyyətli dərəcədə artıb”

13:08 - 06 / 09 / 2022
Sevinc Fətəliyeva: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu əhəmiyyətli dərəcədə artıb”

“Bu gün Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan bir ölkədir. Aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə də xüsusi önəm verir. Ölkəmiz praqmatik xarici siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanı - Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu da Azərbaycanın milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Belə ki, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Ölkəmiz, həmçinin ötən illərdə beynəlxalq güclərin diqqətini Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması tələb edilib. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrin icrasını 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qələbə qazanmaqla təmin etdi. Azərbaycan Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqaz regionunu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində həlledici addım atdı. Müharibədən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə strateji fəallıq nümayiş etdirməklə regionda yeni düzən formalaşdırır. Bu geosiyasi fəaliyyət Cənubi Qafqazla məhdudlaşmır, bir çox dövlətlərin, o cümlədən güc mərkəzlərinin strateji maraqlarının olduğu regionları əhatə edir.

Millət vəkilinin sözlərinə görə, xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində vacib ölkə hesab olunur. Bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənib, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Dünyanın qabaqcıl ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın Avropa Şurası, ATƏT, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla fəal əlaqələri var və bu münasibətlər davam edir. 2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Onun fikrincə, Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq: “Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirdi və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edildi. Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunun yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq”.

“Beləliklə, Prezident İlham Əliyevin milli maraqlara və müasir çağırışlara uyğun xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. “Ötən illərin siyasi-diplomatik mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir”,-deyə millət vəkili vurğulayıb.

1news.az

Paylaş:
351

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər