ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib

10:50 - 07 / 09 / 2022
ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib

ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.

1news.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü APA-nın sorğusuna cavab olaraq qeyd edib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur: "Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) “Artsax respublikasını” tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".

Babayanın hansı statusda ABŞ səfəri ilə bağlı Dövlət Departamentinin sözçüsü bildirib ki, viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir.

"Ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik. Birləşmiş Ştatlara səfər etmək üçün viza müraciətləri İmmiqrasiya və Vətəndaşlıq Aktı (INA) və müvafiq qaydalar daxil olmaqla, bütün qüvvədə olan qanunlara uyğun olaraq həll edilir", - Dövlət Departamentinin sözçüsü qeyd edib.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşinqtonda görüşlər keçirəcəyi barədə məlumat yayıb.

1news.az

Paylaş:
250

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər