Səfir Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib - FOTO

14:07 - 10 / 09 / 2022
Səfir Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qobustan rayonundakı Türk Şəhidliyini ziyarət edib.

1news.az xəbər verir ki, səfir bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Torpaq uğrunda ölən varsa vətəndir. Onlar müstəqillik və suverenlik uğrunda Anadolunun hər cəbhəsində qəhrəmancasına vuruşub, qardaş Azərbaycanın müstəqillik mübarizəsi üçün qaçıb gəldilər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 104-cü ildönümündə qəhrəman şəhidlərimizin mənəvi hüzurundayıq”, - səfir qeyd edib.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər