Putin Səmərqəndə gedir | 1news.az | Xəbərlər
Dünya

Putin Səmərqəndə gedir

14:44 - 14 / 09 / 2022
Putin Səmərqəndə gedir

Bu gün axşam saatlarında Rusiya Federasiyasının prezidenti Vladimir Putin Səmərqəndə yola düşəcək.

1news.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

“Axşam biz beynəlxalq telefon danışığını gözləyirik, sizi məlumatlandıracağıq. Bu gün isə gecə saatlarında Vladimir Putin Səmərqəndə uçacaq”, - deyə Peskov məlumat verib.

O, cümə axşamı və cümə günləri çox ağır iş olacağını da qeyd edib.

Aynurə Xudaverdiyeva

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər