“Xarkovda 300-dən çox yaşayış məntəqəsi rus qoşunlarından təmizlənib”
Sentyabrın 6-dan günə qədər Ukraynanın Xarkov vilayətinin 300-dən çox yaşayış məntəqəsi Rusiya qoşunlarından geri alınıb.
1 news xarici KIV-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Ukraynanın Müdafiə nazirinin müavini Hanna Maliar mətbuata açıqlamasıda deyib.
Qeyd olunan tarixdən bu günə qədər Ukraynanın Xarkov vilayətində 3800 kvadrat kilometr ərazinin Rusiya güclərindən geri alındığını deyən Maliar, "Bölgədə Rusiya qüvvələrinə qarşı hücumlar davam edir. İndiyədək 300-dən çox yaşayış məntəqəsi Rusiya işğalından azad edilib", - deyə qeyd edib.
Aynurə Xudaverdiyeva
301