“Əl Cəzirə” telekanalında azərbaycanlı deputat erməni həmkarını susdurdu - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Əl Cəzirə” telekanalında azərbaycanlı deputat erməni həmkarını susdurdu - VİDEO

12:18 - 15 / 09 / 2022
“Əl Cəzirə” telekanalında azərbaycanlı deputat erməni həmkarını susdurdu - VİDEO
“Əl Cəzirə” telekanalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd rayonlarında törətdiyi təxribatlar və döyüşlər barədə reportaj yayımlanıb.
1news.az xəbər verir ki, yayıma qatılan Milli Məclisin deputatı Nigar Arpadarai mövcud siyasi vəziyyət barədə sualları cavablandıraraq, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyənatın müddəalarına tam əməl edilmədiyini, Ermənistan tərəfinin artıq iki ildir ki, sülh sazişinin imzalanmasından yayınmasını təkrar diqqətə çatdırıb:
“Ermənistan Azərbaycanın beynəlxalq müstəvidə tanınan sərhədlərini və onun ərazi bütövlüyünü qəbul etmək istəmir. Artıq iki ildir ki, bu istiqamətdə danışıqlar aparılır, regionda sülhün bərqərar olması və sazişin imzalanması üçün Azərbaycan tərəfi bir tərəfli qaydada təşəbbüslərlə çıxış edir. Ermənistan hələ də fərqli bəhanələrlə prosesdən yayınır və bu azmış kimi bəyanatın şərtlərinə zidd olaraq, qanunsuz silahlı qüvvələrini Azərbaycan sərhədlərindən təmizləmir. Hesab edirəm ki, hər iki tərəf sabitliyin və ərazi bütövlüyünün qorunması üçün regionda qaranta çevrilməlidir. Bizim istəyimiz yalnız bundan ibarətdir. ”, - deyə N. Arpadarai bildirib.

Veriliş zamanı ermənistanlı deputat azərbaycanlı millət vəkilinin fikirlərinə cavabsız qalıb.

Paylaş:
329

Son xəbərlər

Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48
Bütün xəbərlər