Naqif Həmzəyev: “Türkiyə-Azərbaycan qardaşlığının var olması üçün əlimizdən gələni etməliyik” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Türkiyə-Azərbaycan qardaşlığının var olması üçün əlimizdən gələni etməliyik”

12:15 - 15 / 09 / 2022
Naqif Həmzəyev: “Türkiyə-Azərbaycan qardaşlığının var olması üçün əlimizdən gələni etməliyik”

“Azərbaycanın ən çətin günündə Türk qardaşlarımız köməyimizə gəldilər və Azərbaycanın müstəqilliyini qoruyub saxlaması və Bakının işğaldan azad olunması üçün şəhidlər verdilər”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“20-ci əsrin əvvəllərində Qafqazda çox ağır və gərgin siyasi proseslər gedirdi. Zaqafqaziya Seyminin dağılmasından sonra Azərbaycan Tiflisdə öz müstəqilliyini elan etdi. Həmin ərəfədə Bakı işğal altında olduğu üçün Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini Gəncə şəhərində davam etdirmək qərarına gəldi. Məhz həmin ərəfədə Azərbaycanın torpaqlarının işğaldan azad olunması və müstəqilliyinin qorunub saxlanması üçün Qafqaz İslam ordusu Nuru paşanın rəhbərliyində Azərbaycana-Gəncə şəhərinə göndərildi. Azərbaycandan olan hərbçilərə Qafqaz İslam Ordusuna birləşərək Bakının işğaldan azad olunması üçün bolşevik daşnaqlarla mübarizəyə başladılar. Qızğın döyüşlər gedirdi və nəhayət 15 sentyabrda Qafqaz İslam Ordusu Bakıya daxil oldu və şəhər işğaldan azad edildi. Bir müddət sonra isə Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Bakıda öz fəaliyyətini bərpa etdi.

Görünən odur ki, Azərbaycanın ən çətin günündə türk qardaşlarımız köməyimizə gəldilər və Azərbaycanın müstəqilliyini qoruyub saxlaması və Bakının işğaldan azad olunması üçün şəhidlər verdilər. Biz Gəncə şəhərindən Bakıya doğru getdikdə bir neçə istiqamətdə türk “şəhidliyi”nin şahidi ola bilərik. Ən böyük türk şəhidlər xiyabanı isə Bakı şəhərində yerləşir.

Bu proseslər həmişə bu cür olub. Daha sonra Atatürk rəhbərliyində Türkiyədə Qurtuluş savaşı getdikdə də Azərbaycan xalqı öz dəstəyini əsirgəməmişdi. Bundan öncə Çanaqqala savaşında da azərbaycanlılar türk qardaşlarına dəstək olmuş və 1915-ci ildə Çanaqqalanın işğalının qarşısını almaq üçün 3 mindən çox azərbaycanlı şəhid olmuşdur.

Daha sonra Azərbaycanda Sovet Respublikası quruldu, Azərbaycan müstəqilliyini itirdi və Türkiyə-Azərbaycan münasibətlərində fərqli proseslər cərəyan etdi. Ancaq Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdi və türk qardaşlarımız yenidən öz dəstəklərini göstərdilər. Təəssüflər olsun ki, Birinci Qarabağ savaşı zamanı Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olundu. 30 ilə yaxın Azərbaycan bu problemi sülh yolu ilə həll etmək və torpaqlarını işğaldan azad etmək istədi. Bu illər ərzində BMT-nin 4 qətnaməsi beynəlxalq təşkilatlar tərəfindən icra olunmadı. Ancaq 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi”.

2018 və 2020-ci illərdə keçirilən paradların önəmindən də danışan deputat, həmçinin “Şuşa” bəyannaməsinin Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndirdiyini qeyd edib:

“2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyində böyük bir parad keçirildi və o paradda Türk ordusu da iştirak etdi. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya gəldi və həmin hərbi paradı İlham Əliyevlə birlikdə izlədi.

2020-ci ildə isə Azərbaycan türk qardaşlarının mənəvi, siyasi dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra dekabr ayında böyük bir Zəfər paradı keçirildi və bu Zəfər paradında da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi və paradda Azərbaycan şəhidlərinin sayı qədər türk əsgəri onları rəmzi olaraq təmsil etdilər.

2021-ci ildə isə Şuşa şəhərində “Şuşa” bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyəyə qalxdı və bu gün də “Şuşa” bəyannaməsinin icrası üçün çox böyük işlər görülməkdədir. Türkiyə hər bir an və heç bir şərtsiz Azərbaycanın yanındadır və Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir.

Bu gün Bakının işğaldan azad olunmasının 104 illiyi qeyd olunur. Bütün türk şəhidlərini hörmətlə anırıq və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik! Türkiyə-Azərbaycan qardaşlığının var olması, həmişə yaşaması üçün hər birimiz əlimizdən gələni etməliyik və ümid edirik ki, Azərbaycan Türkiyə ilə birlikdə çox böyük zəfərlərə imza atacaq”.

Ayşən İsmayılova

Paylaş:
335

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər