Putin Ərdoğanın sözçüsünü təqlid etdi, gündəm oldu - Video | 1news.az | Xəbərlər
Dünya

Putin Ərdoğanın sözçüsünü təqlid etdi, gündəm oldu - Video

14:34 - 19 / 09 / 2022
Putin Ərdoğanın sözçüsünü təqlid etdi, gündəm oldu - Video

Sentyabrın 16-sı Səmərqənddə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş keçirilib.

1news.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdən əvvəl Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının Rusiya nümayəndə heyətinin üzvləri ilə səmimi görüşü Putinin diqqətindən qaçmayıb.

Belə ki, Vladimir Putin Kalının salamlaşmasını təqlid edib. Bu an isə kameralardan yayınmayıb və görüntülər sosial mediada böyük maraqla qarşılanıb.

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər