“Erməni lobbisinin nəzarəti altında çox sayda terror qrupu var” - Cavid Osmanov | 1news.az | Xəbərlər
Siyasət

“Erməni lobbisinin nəzarəti altında çox sayda terror qrupu var” - Cavid Osmanov

16:04 - 19 / 09 / 2022
“Erməni lobbisinin nəzarəti altında çox sayda terror qrupu var” - Cavid Osmanov

“Erməni terror təşkilatı dedikdə ağlımıza ilk ASALA gəlir, lakin erməni lobbisinin nəzarəti altında olan çox sayda erməni terror qrupları mövcuddur, ümumilikdə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusu və diplomatları təhlükəsizliyinin təmin olunması həmin ölkənin bilavasitə öhdəliyindədir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Onun sözlərinə görə, hər bir səfirliyin yerləşdiyi ölkə ərazisində təhlükəsizliyi təmin olunmalıdır:

“Ermənistan bir ölkə olaraq hər zaman terrorizmin mərkəzi sayılır və Ermənistan tərəfindən dünyanın müxtəlif ölkələrində qanlı terror aktlarının həyata keçirildiyini görmüşük. O cümlədən Ermənistan hər zaman Azərbaycana qarşı terrorçu siyasətini yürüdüb. Bu gün də ermənilərin terrorçu siyasəti Azərbaycana qarşı davam etməkdədir. Xüsusən də 2020-ci ilin iyul ayının 12-də Tovuz istiqamətindən ermənilər tərəfindən başladılan genişmiqyaslı təxribat zamanı erməni terrorçuları dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik korpuslarına, o cümlədən xaricdə yaşayan soydaşlarımıza qarşı terror aktları keçirirdilər. 44 günlük Vətən Müharibəsi zamanı ermənilər bu terroru davam etdirirdilər. 44 günlük müharibənin sonunda Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından azad etdikdən sonra da ermənilər yenə də öz məkirli əməllərindən geri qalmırlar. Erməni lobbisinin maliyələşdirdiyi terror qrupları Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücumlar təşkil edirlər. Erməni terror təşkilatı dedikdə ağlımıza ilk ASALA gəlir, lakin erməni lobbisi nəzarəti altında olan çox sayda erməni terror qrupları mövcuddur. Bu "Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyi hər cür hücumlardan qorumaq və nümayəndəliyin sakitliyinin pozulmamasının və şərəfinin təhqir olunmamasını təmin etmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bu cür terroru törədənlər aşkarlanmalı və onlara hüquqi qiymət verilməlidir. Parisdə erməni terrorçuları tərəfindən Azərbaycan səfirliyinə hücum qınanılmalı, rəsmi Paris bu məsələyə aydınlıq gətirməli və ciddi tədbirlər görməlidir”.

Aynurə Xudaverdiyeva

Paylaş:
398

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər