Ən çox istifadəçisi olan sosial şəbəkə hesabı müəyyən olundu
Media monitorinq agentliyi “Ajans Press”in “We Are Social” məlumatlarından əldə etdiyi məlumata görə, 2022-ci ilin ilk yarısında dünyada aktiv “Facebook” istifadəçilərinin sayı 2,91 milyard olub və onun hələ də olma xüsusiyyətini saxladığı görülüb.
1news.az xəbər verir ki, statistikaya görə “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir.
“Facebook”dan sonra ən çox istifadə edilən sosial media platformaları; “Youtube” 2,56 milyard, “WhatsApp” 2 milyard, “Instagram” 1,47 milyard, “Wechat” 1,26 milyard izləyici ilə ilk sıralarda öz yerlərini tutublar.
“Telegram”, “Twitter” və “Pinterest” isə reytinqdə ilk 10-luğa belə girə bilməyiblər.
Aynurə Xudaverdiyeva
640