Makronun avtobusdakı görüntüləri marağa səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

Makronun avtobusdakı görüntüləri marağa səbəb oldu

10:28 - 21 / 09 / 2022
Makronun avtobusdakı görüntüləri marağa səbəb oldu

Kraliça II Elizabetin kilsəsindəki dəfn mərasiminə dəvətli olan dünya liderləri avtobusla gediblər.

1news.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron da avtobusla gedən liderlər arasında olub.

Lakin maraqlı məqam odur ki, Makronun avtobusda dayandığı görüntüləri ortaya çıxarkən sosial mediada ona “Köməkçi Makron” şərhləri gəlib.

Qeyd edək ki, Kraliça II Yelizavetanın dəfn mərasimi “Westminster Abbey” kilsəsində keçirilib.

Yalnız ABŞ prezidenti Co Bayden Elizabetin tarixi Vestminster Abbey Kilsəsindəki dəfn mərasiminə şəxsi avtomobili ilə gedib. Baydendən başqa bütün liderlər avtobusla parad meydanına aparılıblar.

Aynurə Xudaverdiyeva

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər