Ölən ermənilərin yaxınları saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Ölən ermənilərin yaxınları saxlanıldı - VİDEO

11:41 - 21 / 09 / 2022
Ölən ermənilərin yaxınları saxlanıldı - VİDEO

Ermənistanda ölən hərbçilərin yaxınları gecədən “Yerablur” hərbi panteonuna toplaşıb.

1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Polis hərbçilərin yaxınlarına qarşı zor tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.

Müharibədə övladını itirən valideyn yerli KİV-ə açıqlamasında Paşinyanı murdar adlandırıb:

“Bir daha bura gəlmə. Min dəfə demişik. Nə istəyirsən? Bu dörd kvadrat bizim mülkümüzdür, bizim mülkümüzə girməyinizi istəmirik, başqa necə deyək, başqa necə izah edək. Sənin gəlişinlə müqəddəs yerimiz murdarlanıb. Uşağı əlinlə öldürdün, indi gəlib aktyorluq edirsən. Oğullarımızın məzarları təmiz qalmalıdır”.

Paylaş:
548

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər