Böyük Britaniyanın Baş naziri Ərdoğanın dəstəyini alqışlayıb | 1news.az | Xəbərlər
Dünya

Böyük Britaniyanın Baş naziri Ərdoğanın dəstəyini alqışlayıb

12:20 - 22 / 09 / 2022
Böyük Britaniyanın Baş naziri Ərdoğanın dəstəyini alqışlayıb

Böyük Britaniya Baş naziri Liz Trass və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

1news.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə Ukrayna müharibəsi müzakirə olunub.

“Baş nazir Türkiyənin Ukraynanın suverenliyinə verdiyi dəstəyi alqışladığını bildirib”, - Baş nazirin ofisindən bildirilib.

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər