Ceyhun Bayramov ermənilərin səfirliklərimizə hücumlarından danışdı - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ermənilərin səfirliklərimizə hücumlarından danışdı - VİDEO

12:25 - 22 / 09 / 2022
Ceyhun Bayramov ermənilərin səfirliklərimizə hücumlarından danışdı - VİDEO

“Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə açıqlamasında erməni radikalların Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumu ilə bağlı danışarkən deyib. Nazir qeyd edib ki, diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz: “Əfsuslar olsun ki, xarici ölkələrdə revanşist fikirlərlə yaşayan radikal erməni qüvvələr çoxdur. Onlar hər zaman təxribatlara əl atırlar. Bizim diplomatik missiyalarımıza, diplomatlarımıza olan hücumlar tamamilə qəbuledilməzdir və bütün beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır. Çünki diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti belə ola bilməz. Hətta fəal müharibə aparan ölkələr arasında da bu qaydalara hər zaman riayət olunub. Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Belə hallar baş verəndə biz digər tədbirlərlə yanaşı, öz qəti etirazımızı da bildiririk. Çünki həmin ölkələr Vyana Konvensiyasına üzvdür və ölkələrində yerləşən bütün diplomatik missiyaların təhlükəsizliyini təmin etmək onların öhdəliyidir. Biz bunu gözləyirik”.

C.Bayramov vandalizmə əl atan radikalların tapılıb cəzalandırılmalı olduğunu qeyd edib: “Biz bu cür hadisələrlə bağlı müxtəlif ssenarilərin şahidi olmuşuq. Elə ölkələr var ki, onlar özləri belə hadisələr barədə məlumatlı olurlar. Bəzi hallarda isə biz qarşı tərəfi məlumatlandırırıq və nəticədə qabaqlayıcı tədbirlər görülür. Elə situasiyalar da var ki, ortada bəlli bir vandallıq aktı olur. Belə hallarda gözləntimiz günahkarların tapılması və cəzalandırılması yönündədir. Təxribatların fərqli növləri var. Bu yaxınlarda qanunsuz məskunlaşmış əhali Laçını tərk edərkən radikallaşmış erməni diasporunun nümayəndələri onlara çağırışlar edirdi ki, evləri yandırın, kompensasiyanı biz verəcəyik”.

Paylaş:
250

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər