KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi | 1news.az | Xəbərlər
Dünya

KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

09:30 - 23 / 09 / 2022
KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib.

1news.az
Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb.

Səfərin digər detalları hələlik məlum deyil.

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər