Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün etibarlı və sınanmış tərəfdaşdır” | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün etibarlı və sınanmış tərəfdaşdır”

16:49 - 30 / 09 / 2022
Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün etibarlı və sınanmış tərəfdaşdır”

Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

1news.az xəbər verir ki, bunu Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.

Bolqarıstan Prezidenti Azərbaycanı etibarlı və sınanmış tərəfdaş adlandırıb:

“Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək. Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir”.

1news.az

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər