Üçtərəfli görüşün gündəliyi müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Üçtərəfli görüşün gündəliyi müzakirə olunub

14:04 - 06 / 10 / 2022
Üçtərəfli görüşün gündəliyi müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Praqada keçirilən görüşdə gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər