Böyük Britaniya İrana qarşı sanksiya tətbiq etdi
Böyük Britaniya hökuməti Məhsa Əmininin ölümü ilə bağlı İranın rəhbər şəxslərinə qarşı müəyyən sanksiyalar paketi qəbul edib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
London İran polisinin rəhbəri, briqada generalı Hüseyn Əştəri, İran xalq keşikçiləri - “Bəsic”in komandiri Qulamrza Süleymani, Əxlaq polisini və onun rəisi Məhəmməd Rüstəmiyə qarşı sanksiyalar tətbiq edib.
Britaniya XİN başçısı Ceyms Kleverli mətbuata açıqlamasında İran hakimiyyətinin qadın və qızların sıxışdırılmasına və öz xalqına qarşı zorakılığa görə cavabdehlik daşıdığını qeyd edib.
Aynurə Xudaverdiyeva
380