“Dünya ictimaiyyətinin Ermənistana təzyiqləri artırmasını tələb edirik”
"Bütün materiallar protokol üzrə toplanıb və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb".
1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib:
"Birinci növbədə insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də instansiyalarda baxılmaqdadır. Azərbaycan təqsirkarların qanun qarşısında cavab verməsi üçün əlindən gələni edəcəkdir. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısına çıxarılmayıb. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətinin Ermənistana təzyiqləri artırmasını tələb edirik", - deyə o bildirib.
Aynurə Xudaverdiyeva