Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentinə başsağlığı verib

13:13 - 15 / 10 / 2022
Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

1news.az

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər