Britaniyanın Baş naziri istefa verib - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Britaniyanın Baş naziri istefa verib - SƏBƏB

Qafar Ağayev16:48 - 20 / 10 / 2022
Britaniyanın Baş naziri istefa verib - SƏBƏB

Britaniyanın Baş naziri Liz Trass istefa verib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir Boris Consondan sonra vəzifəyə gələn Trass cəmi 6 həftə bu postda qalıb.

O, “10 Downing Street” qarşısında açıqlama verib. Liz Trass mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.

Trass istefa ərizəsində partiyanın yeni lideri və növbəti baş nazir seçilənə qədər vəzifəsində qalacağını bildirib.

Xatırladaq ki, Trass Böyük Britaniya tarixində ən qısamüddətli Baş nazir kimi yadda qalacaq.

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər