Avstriya vətəndaşı İranda həbs olundu | 1news.az | Xəbərlər
Dünya

Avstriya vətəndaşı İranda həbs olundu

17:27 - 20 / 10 / 2022
Avstriya vətəndaşı İranda həbs olundu

Avstriya Xarici İşlər Nazirliyi bugünkü bəyanatında vətəndaşlarından birinin İranda həbs edildiyini bildirərək, İran rəsmilərindən bunun səbəblərini aydınlaşdırmağı istəyib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Avstriya XİN onun həbsinin İrandakı etirazlarla heç bir əlaqəsinin olmadığını bildirib.

İran hakimiyyəti Avstriya vətəndaşının həbsini təsdiqləyib: "Biz Tehran rəsmilərindən onun həbsi prosesinə aydınlıq gətirmələrini xahiş edirik".

Qeyd edək ki, İrandakı son etirazlara görə 14 fərqli ölkənin vətəndaşları saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı da var.

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər