Qobustanda fermerlərə dəyən zərərə fgörə sığorta ödənişi olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qobustanda fermerlərə dəyən zərərə fgörə sığorta ödənişi olub

17:10 - 24 / 10 / 2022
Qobustanda fermerlərə dəyən zərərə fgörə sığorta ödənişi olub

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində fermerlərə zərər ödənişləri davam etdirilir.

1news.az xəbər verir ki, Aqrar Sığorta Fondunun rəhbərliyi Qobustan rayonunda fermerlərlə görüşərək mart ayında baş verən fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər.

Bu ilin mart ayında Qobustan rayonunda əsən güclü külək və yaranmış qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayondakı çoxsaylı fermer təsərrüfatlarını əhatə edib. Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilmilli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 500 hektara yaxın sığortalanmış taxıl sahəsi qasırğadan zərər görüb. Aqrar sığorta ekspertləri tərəfindən araşdırma və qiymətləndirmə işləri aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq zərər ödənişləri həyata keçirilir.

Aqrar Sığorta Fondu tərəfindən ilin sonunadək bitkiçilik təsərrüfatlarında baş verən hadisələrlə bağlı 3 mln manat zərər ödənişlərinin edilməsi gözlənilir ki, bu məbləğin 300000 manatı Qobustan rayonu üzrə sığortalananların payına düşür. Hazırda zərər ödənilməsi prosesi mərhələli şəkildə davam etdirilir. Bu gün əkin sahələri fırtınadan zərər çəkən 12 fermerə toplam 50000 AZN məbləğində sığorta ödənişi edilmişdir.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir: "Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Dövlət tərəfindən fermerlərin subsidiyalarla dəstəklənməsi və ağrar sığorta mexanizminin özünü doğrultması kənd təsərrüfatını yüksək gəlirli sahəyə çevirir.

Qobustan rayonu DAİM-nin direktoru Həsənağa Hüseynov çıxışında bildirib ki, fermerlərin aqrar sığorta sisemindən faydalanması sevindiricidir və bu gün onlara təqdim edilən zərər ödənişlərindən sonra sığortalananların sayı daha artacaq və bu da öz növbəsində kənd təsərrüfatında fəaliyyətlərin davamlılığına dəstək olacaq.

Fermerlər etibarlı sığorta mexanizminin işə düşməsinin onların təsərrüfatını, gəlir və qazanclarının risklərdən qoruduğunu, bu mexanizmə inamı artırdığını bildiriblər. Və bütün fermerlərə öz təsərrüfatlarını sığortalamağı tövsiyyə ediblər.

Paylaş:
694

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər