Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı | 1news.az | Xəbərlər
Dünya

Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı

15:56 - 25 / 10 / 2022
Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak ölkənin Baş naziri vəzifəsinin icrasına başlayıb.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sunak Bukinqem sarayında Kral III Çarlzla görüşərək ondan hökumətin qurulmasına dair mandat alıb.

Qeyd edək ki, Rişi Sunak sentyabrın 8-i taxta çıxan III Çarlzın təsdiq etdiyi ilk Baş nazir olub.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass ötən həftə oktyabrın 20-si istefa verdiyini elan edib. O, ona həvalə edilən öhdəliklərin öhdəsindən gəlmədiyini etiraf edib. Oktyabrın 24-də Trassın postuna Rişi Sunak seçilib.

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər