Rusiyada poliqonda insident yaşandı - Ölənlər və yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Rusiyada poliqonda insident yaşandı - Ölənlər və yaralılar var

14:03 - 28 / 10 / 2022
Rusiyada poliqonda insident yaşandı - Ölənlər və yaralılar var

Rusiyanın Arxangelsk vilayətində müqavilə əsasında xidmət edən hərbçi hərbi “Kamaz” avtomobilini digər əsgərlərin üzərinə sürüb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, insident Mirnıy şəhərinin yaxınlığında poliqonda baş verib. Belə ki, sözügedən 22 yaşlı hərbçinin idarə etdiyi “Kamaz” 20 nəfərdən ibarət bir qrup əsgərə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hələ ki bu barədə məlumatları təsdiq etməyib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər