“Polşa Rusiya ilə sərhəd tikintilərinə başlayıb” | 1news.az | Xəbərlər
Dünya

“Polşa Rusiya ilə sərhəd tikintilərinə başlayıb”

12:59 - 02 / 11 / 2022
“Polşa Rusiya ilə sərhəd tikintilərinə başlayıb”

“Polşa Rusiya ilə sərhəddində təhlükəsizliyi gücləndirmək niyyətindədir və bunun üçün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhəddində müvəqqəti maneənin tikintisinə başlanılıb”

1news.az xəbər verir ki, bu sözləri Polşanın Baş nazirinin müavini, Müdafiə naziri Mariuş Blaşak mətbuata açıqlamasında deyib.

“Mən Polşa-Rusiya sərhəddindəki Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi artıracaq tədbirlər görmək qərarına gəlmişəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə artıq başlanılıb.

Aynurə Xudaverdiyeva

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər