İlham Əliyev iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “TOGG” elektromobili almaq üçün sifariş verib.
1news.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Prezident İlham Əliyev 2 avtomobil istədiyini söyləyib: “Telefon danışığımız zamanı da bunu xatırlatdı. Düşünürəm ki, İlham Əliyev avtomobilin hansı rəngdə olmasını Mehriban xanımla müzakirə edib bizə məlumat verər”.
Onun sözlərinə görə, “TOGG” satışa çıxanda rəqabətədavamlı olacaq: “Sıfırdan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə bir neçə gün əvvəl “TOGG” avtomobilini sınaqdan keçirib. Ərdoğan tədbir zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.

