“Yeni qanun layihəsi iqtidarla müxalifət arasında münasibətlərə töhfə verəcək” - Millət Vəkili | 1news.az | Xəbərlər
Siyasət

“Yeni qanun layihəsi iqtidarla müxalifət arasında münasibətlərə töhfə verəcək” - Millət Vəkili

17:06 - 04 / 11 / 2022
“Yeni qanun layihəsi iqtidarla müxalifət arasında münasibətlərə töhfə verəcək” - Millət Vəkili

““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi iqtidarla müxalifət arasında münasibətlərin normal məcrada inkişafına da öz töhfəsini verəcək”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov 1news.az-a açıqlamasında deyib:

“Burada ən önəmli və vacib məsələ qanun layihələrinin geniş müzakirələrinin təşkili və keçirilməsidir. İlk dəfə Azərbaycanda bu formada, bu şəkildə geniş iştirakla həm siyasi partiyaların, həm də ictimai partiyaların birgə təşkilatı ilə belə bir tədbir keçirilir. Qanun artıq bir neçə dəfədir bu müzakirələr olunub, yəni bu ilk müzakirə deyil. Müxtəlif formatlarda burada əsas hədəf və məqsəd odur ki, yüksək səviyyəli bugünkü Azərbaycanda reallıqları özündə ehtiva etdirən, əks etdirən bir qanunun hazırlanmasıdır”.

Millət Vəkili bildirib ki, qanunda çox vacib məqamlar öz əksini tapıb, bunlar siyasi partiyaların qeydiyyatı, təsis olunması, fəaliyyəti ilə bağlıdır:

“Qanunda bir çox vacib məqamlar özünü əks etdirib və bu qanun layihəsi ölkəmizdə partiyalararası münasibətlərin tənzimlənməsində, bu məsələdə mövcud boşluqların aradan qaldırılmasına da öz töhfəsini verə bilər. Əvvəlki dövrdə belə bir qanun layihəsi hazırlanmışdı, amma mən hesab edirəm ki, yeni qanun layihəsinə ehtiyac var. Bu qanun layihəsində biz, yeni bir yanaşmanı və mövqeni sərgiləyirik. Bu partiyalar arasında, ümumiyyətlə, iqtidarla müxalifət arasında münasibətlərin normal məcrada inkişafına da öz töhfəsini verəcək”.

Aynurə Xudaverdiyeva

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər