Cavanşir Feyziyev: “İran rəhbərliyinin üzr istəməsi beynəlxalq etiket qaydasıdır” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Cavanşir Feyziyev: “İran rəhbərliyinin üzr istəməsi beynəlxalq etiket qaydasıdır” - MÜSAHİBƏ

Qafar Ağayev16:00 - 27 / 01 / 2023
Cavanşir Feyziyev: “İran rəhbərliyinin üzr istəməsi beynəlxalq etiket qaydasıdır” - MÜSAHİBƏ

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub.

Hadisə nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərov dünyasını dəyişib, yaralananlar var.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayıb.

- Cavanşir müəllim, Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı ilə bağlı danışmağınızı istəyirdik. Bu terror aktının köklərində nələr durur?

- ​İstənilən ölkənin səfirliyinə və hər hansı rəsmi təmsilçiliyinə qarşı silahlı hücum özündə terrorçuluq xüsusiyyətləri daşıyır. Terror aktının kökündə dayanan motivasiyalar isə təhqiqat proseslərində aşkar edilməlidir. Ona görə də təhqiqat işləri aparılmadan konkret fikir yürütmək çətindir. Hələlik onu deyə bilərik ki, əgər İran hakimiyyəti bu cinayətin obyektiv araşdırılması və bütün təfərrüatların üzə çıxarılmasında maraqlıdırsa, təhqiqat işləri Azərbaycan hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılmalıdır. Bizim üçün əsas məsələ ilk növbədə, bu terror aktının əsl motivlərini və onun İran rəsmi dairələrinin iradəsi xaricində baş verib-vermədiyini anlamaqdır. Zənnimcə, Azərbaycan dövləti və ictimaiyyəti də öz cavab reaksiyasını məhz bu nəticələr əsasında ortaya qoyacaq.

- Törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti- Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsi kimi qəbul etmək olarmı?

-​Terror əməlinin bilavasitə İran rejimi tərəfindən aparılan anti-Azərbaycan təbliğatınin nətisəsi kimi baş verməsi mümkün ehtimallardan biridir.

Rejimin mövcud olduğu bütün müddətdə İranın Azərbaycan və digər ölkələrin ərazilərində apardığı pozuculuq fəaliyyəti hamıya çoxdan məlumdur. Xüsusilə, torpaqlarımızın erməni işğalında olduğu zaman İranın işğalçılara dəstəyi, eləcə də Vətən müharibəsindən sonra İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü açıq düşmənçilik siyasəti səsləndirdiyiniz ehtimalı daha da gücləndirir. Ümumiyyətlə, İran son onilliklər ərzində bir sıra ölkələrin ərazisində yaratdığı proksi qurumlar vasitəsilə terrorçuluq fəaliyyəti aparır. Ölkə ərazisində keçən ildən etibarən başlayan etiraz aksiyaları İran hakimiyyətini dalana dirəyib. Rejim mümkün olan ən qəddar cəza tədbirlərini həyata keçirsə də ölkəni bürüyən etiraz dalğalarının qarşısını ala bilmir. Belə bir daxili gərginlik şəraitində həmişə dövlət siyasəti səviyyəsində aparılmış terrorçuluq fəaliyyətinin ölkənin öz içində də tətbiq edlməsini istisna etmək olmaz. Əgər real mənzərə budursa, o zaman İran rejiminin öz mövcudluğunda “sonun başlanğıcı” mərhələsinə girdiyini deyə bilərik. Sonunun yaxınlaşdığını hiss edən rejim isə təkcə öz ölkəsinin yox, bütövlükdə Qafqazların və Yaxın Şərq bölgəsinin qanlı qarşıdurmalara cəlb olunmasına çalışacaq.

- İran ərazisində diplomatik nümayəndəliyimizə qarşı bu terrora görə kimlər məsuliyyət daşıyır? Sizin fikrinizcə İranın ali rəhbərliyi bu terror aktına görə, Azərbaycam xalqından üzr istəyəcəkmi?

-​ Diplomatik təsisatlara qarşı həyata keçirilən istənilən hücum, təzyiq və təhdid ağır beynəlxalq cinayətdir. Səfirlik və digər səviyyəli diplomatik təmsilçiliklərin təhlükəsizliyi üçün həmin qurumların yerləşdiyi dövlətlər məsuliyyət daşıyır. Beynəlxalq səviyyədə Vyana Konvensiyası ilə müəyyən edilmiş bu məsuliyyət İran dövləti üzərinə diplomatik təsisatların toxunulmazlığı ilə bağlı ciddi öhdəliklər qoyur. Bu halda İran dövləti, onun ali rəhbərliyi baş vermiş terror aktına görə birbaşa məsuliyyət daşıyır.

İran rəhbərliyi ölkəsində baş vermiş bu qanlı hadisəni böyük həssaslıqla araşdırmalı, əldə olunan nəticələr barədə Azərbaycan dövlətinə ətraflı və obyektiv məlumat verməli və cinayətin törədilməsində iştirakı olanları qanunlara uyğun şəkildə ciddi cəzalandırmalıdır. İran hakimiyyəti və ali rəhbərliyinin Azərbaycan xalqından və dünya birliyindən üzr istəməsi isə beynəlxalq etiket qaydasıdır. Sivil dövlətlər məhz belə edərdi.

Paylaş:
1376

Son xəbərlər

Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEO22 / 03 / 2023, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdü22 / 03 / 2023, 13:59
Bütün xəbərlər

Next TV