Türkiyə Prezidenti: “Axtarış-xilasetmə işlərinə 9 min canlı qüvvə cəlb edilib”
"Dövlətimiz zəlzələ anından hərəkətə keçib”.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Valiliklərimiz bütün imkanlarını səfərbər edib. Zəlzələdən zərər çəkmiş 10 əyalətdən başqa onlarla birlikdə işləmək üçün daha 10 valiyə də tapşırıq verilib. AFAD və digər qurumlar öz qruplarını göndərib. Türkiyə Silahlı Qüvvələri və bələdiyyələrimiz, fövqəladə vəziyyətlə mübarizə ilə əlaqəli qurumlar işlərə cəlb edilib. Fəlakət gecə saatlarında baş verdiyi üçün işlərimiz biraz çətinləşib, amma Biz axtarış-xilasetmə işlərinə üstünlük verdik. Axtarış-xilasetmə işlərinə 9 min canlı qüvvə cəlb edilib, bu say durmadan artır. Zəlzələnin ziyan vurduğu vilayətlərimizdə uçan binalar altında qalan vətəndaşlarımız üçün xilasetmə işləri davam edir”.