“Ermənilər də sülh istəyir, sadəcə ara qarışdıranlar var” - Aqil Abbas | 1news.az | Xəbərlər
Müsahibə

“Ermənilər də sülh istəyir, sadəcə ara qarışdıranlar var” - Aqil Abbas

Aynurə Xudaverdiyeva11:31 - 28 / 03 / 2023
“Ermənilər də sülh istəyir, sadəcə ara qarışdıranlar var” - Aqil Abbas

Xəbər verdiyimiz kimi, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə növbəti çağırış edilib.

Belə ki, Prezident Administrasiyası görüşün Bakıda keçirilməsi ilə bağlı ikinci dəfə təklif ünvanlayıb.

Martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

Bəs, görəsən, Qarabağın erməni ictimaiyyəti bu təklifi necə dəyərləndirməlidir?, Azərbaycanın təkliflərinə müsbət cavab vermək Qarabağın erməni ictimaiyyətinə nələr qazandıracaq? Bu təklifləri Qarabağın erməni icması üçün növbəti bir şans adlandırmaq olarmı?

Məsələ ilə bağlı 1news.az saytına Milli Məclisin deputatı Aqil Abbas açıqlama verib. Deputatın sözlərinə görə, Ermənistan tərəfi də sülh tərəfdarıdır:

“Bu, ermənilərin xeyrinədir. Gəlib yaşayarlar lap yaxşı, Azərbaycanda azsaylı etnik xalqlar necə yaşayırsa, onlar da elə yaşaya bilərlər. Əgər gəlmək istəməsələr də Laçın yolu açıqdır. Azərbaycan sülh əlini uzadır. Ermənistan tərəfi bu fürsəti qaçırmamalı, addım atmalıdır. Ermənilər də sülh olmağını istəyir, sadəcə ara qarışdıranlar var. Rusiya, Fransa, ABŞ guya sülh olmasını istəyir? Biz Ermənistan tərəfinə jest edirik. Gəlsələr çox yaxşı, gəlməsələr də özləri bilər. Azərbaycan tərəfi təklif edir ki, buyurun, gəlin danışaq, aramızdakı problemi həll edək. Amma Ermənistan tərəfi artıq dəfələrlədir bizim bu jestimizi müsbət dəyərləndirmir. Bu onlar üçün çox böyük şansdır. Yaşamaq istəyirlərsə, gəlib yaşasınlar. İstəmirlərsə də bu şansdan istifadə edə bilmirlərsə, tək söz deyə bilərik “Yaxşı yol!””.

Paylaş:
837

Son xəbərlər

“Ermənipərəstin qızına Bakıda konsert edirik”03 / 06 / 2023, 18:06“Müşfiqlə bağlı film çəkilmədi…”03 / 06 / 2023, 17:51Ərdoğan Anıtqəbiri ziyarət edib03 / 06 / 2023, 17:34DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb03 / 06 / 2023, 17:18Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni krossoveri – CX-60-ı təqdim etdi - FOTO03 / 06 / 2023, 17:07İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər - YENİLƏNİB03 / 06 / 2023, 16:52Asensio “Real”dan ayrıldı03 / 06 / 2023, 16:44Bu gün Ümumdünya Velosiped Günüdür03 / 06 / 2023, 16:27Ərdoğan and içib - YENİLƏNİB03 / 06 / 2023, 16:12IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB03 / 06 / 2023, 15:48FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib03 / 06 / 2023, 15:34Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO03 / 06 / 2023, 15:21Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb03 / 06 / 2023, 15:07Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb”03 / 06 / 2023, 14:54Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO03 / 06 / 2023, 14:39Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO03 / 06 / 2023, 14:26“Qarabağ” ilk transferini açıqlayıb03 / 06 / 2023, 14:07Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib - YENİLƏNİB03 / 06 / 2023, 13:48İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib03 / 06 / 2023, 13:34Şuşada kütləvi məzarlıq tapılıb - FOTO03 / 06 / 2023, 13:29
Bütün xəbərlər

Next TV