Türkiyənin yerli elektromobili olan “Togg”un ilk nümunəsi Ərdoğana təqdim olundu - FOTO
Türkiyənin yerli elektrikli avtomobil markası olan "Togg" ilk avtomobili ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.
1news.az xəbər verir ki, Ərdoğan mərasimdəki çıxışında 60 illik arzusunun gerçəkləşdiyinin şahidi olduğunu bildirib:
“”Devrim” avtomobilindən sonra dövrün avtomobilini istehsal etmək imkanımız oldu. Dövrün avtomobili olan “Togg”u təkcə Türkiyə deyil, dünya yollarında da görəcəyik. Sürət, rahatlıq hərşey var. Hamısı var. Qırmızı maşın mənim deyil, xanımındır, onu seçib, nömrə də ona aiddir. Bizimkini rəsmi məqam maşını kimi istifadə edəcəyik. Bildiyiniz kimi, EE xanımın adı ilə soyadımızdır. 2071-ci ildə məlum olan Malazgirt tarixi burada öz əksini tapıb. Çünki 1071-dən sonra inşallah 2071 bizim üçün fərqli bir baxış olacaq''/
Qeyd edək ki, 34 EE 2071 nömrəli Togg Əminə Ərdoğanın adına rəsmiləşdirilib.