Aİ Rusiyaya qarşı sanksiyalar siyahısına Ermənistan şirkətini də daxil edib
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar siyahısına Ermənistana aid şirkət də daxil edilib.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, Aİ növbəti sanksiyalar paketi ilə bağlı qərarında Rusiyaya qarşı sanksiyalar siyahısına 87 şirkətin adını daxil edib.
Bu sanksiyalarla həmin şirkətlərə yüksək texnologiyalı malların, o cümlədən ikili təyinatlı malların satılmasına məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulub ki, həmin şirkətlər bu tip malları Rusiyaya təkrar satmasınlar.
Siyahıya Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Ermənistan şirkətləri də daxildir.
Ermənistana aid “Taco MMC” adlı bir şirkət sanksiyalar siyahısına daxil edilib.
Qeyd olunub ki, bu şirkət elektronikanın topdan satışı ilə məşğuldur.