Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var

16:32 - 13 / 10 / 2023
Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanda məsciddə partlayış nəticəsində ölən və yaralananlar var.

1news.az xəbər verir ki, bu barədə yerli “TOLOnews” televiziya kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Əfqanıstanın Baqlan vilayətinin mərkəzi Puli Xumri şəhərində yerləşən məsciddə güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanların sayı barədə dəqiq məlumat verilməyib.

Hadisə yerində xilasetmə işləri və istintaq prosesi davam etdirilir.

Paylaş:
626

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər