Qazaxıstanda şaxtada partlayış zamanı ölənlərin sayı 32-ə çatıb - YENİLƏNİB 1
Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 14 şaxtaçının axtarışları davam etdirilir.
13:47
Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.
1news.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
10:50
Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.
1news.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.
Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.