Bakıda qumbara aşkarlanıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qumbara aşkarlanıb - FOTO - VİDEO

Qafar Ağayev09:27 - 20 / 08 / 2024
Bakıda qumbara aşkarlanıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib:

"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd M-75 əl qumbarası, 1 ədəd M-75 P1 partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, 1 ədəd AKM güllə sandığı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb".

Paylaş:
259

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər