Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

Qafar Ağayev11:06 - 07 / 11 / 2024
Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

“Kağızsız hökumət”ə keçid çərçivəsində Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə uğurlu inteqrasiya davam edir.

1news.az xəbər verir ki, artıq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün məhkəmələr mərhələli şəkildə Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub. Artıq məhkəmələrdə sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada rəqəmsal olaraq aparılacaq. Bu inteqrasiya inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır. İndiyədək məhkəmələrdə Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi üzərindən 20 mindən çox sənəd mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, RSD vasitəsilə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi sayəsində aylıq qənaət edilən kağız miqdarı əhəmiyyətli dərəcədə artıb. Əvvəllər bu say 500 min vərəq idisə, hazırda aylıq qənaət 2 dəfə artaraq 1 milyondan çox vərəq təşkil edir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Növbəti dövrlərdə də qənaət edilən vərəq sayı artmağa davam edəcək.

Xatırladaq ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən fərmanın icrası çərçivəsində bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1800-dən çox qurum inteqrasiya olunub.

Paylaş:
70

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər