Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO

Qafar Ağayev17:52 - 27 / 11 / 2024
Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO

Azərbaycan xalq mahnısı "Ay Laçın", məşhur estrada ifaçısı Zamiq Hüseynov tərəfindən səsləndirilmiş versiyası ilə Türkiyənin "Çırak" serialının saundtrekinə daxil edilib.

1news.az xəbər verir ki, serial Tabii platformasında yayımlanır.

Zamiq Instagram hekayə bölməsində izləyiciləri ilə bu xəbəri paylaşaraq bildirib: "Türkiyə seriallarında Azərbaycan musiqisinə, xüsusilə klassik əsərlərə yüksək dəyər verilməsinə çox sevinirəm".

Serialda Azərbaycan xalq mahnısının səsləndiyi hissəni izləmək üçün təqdim olunan fraqment aşağıdadır.

Paylaş:
1515

Son xəbərlər

Bütün xəbərlər