DYP əməkdaşlarının məktəblilərlə görüşləri davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP əməkdaşlarının məktəblilərlə görüşləri davam etdirilir

Qafar Ağayev14:01 - Bu gün
DYP əməkdaşlarının məktəblilərlə görüşləri davam etdirilir

Şabran rayonunda Rayon Polis Şöbəsinin DYP bölməsini əməkdaşları tərəfindən məktəblilərlə maarifləndirici görüş keçirilib.

1news.az xəbər verir ki, tədbir Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Görüşün əsas məqsədi şagirdlərə yol hərəkəti qaydalarını izah etmək, onların küçə və yollarda təhlükəsiz davranış vərdişlərini artıqmaq olub.

Tədbir zamanı DYP əməkdaşları şagirdlərə yol hərəkəti qaydaları barədə geniş məlumat verib, yol nişanlarının mənasını izah ediblər. Həmçinin məktəblilərə yol hərəkəti qaydalarına riayət etməyin nə üçün vacib olduğu, xüsusilə də piyada keçidlərindən düzgün istifadə, qırmızı işıqda yolu keçməmək və sürücülərlə qarşılıqlı anlaşma qaydaları barədə məlumatlar verilib.
Maarifləndirmə məqsədilə şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən müxtəlif vizual materiallar, bukletlər təqdim edilib.

Baş DYP İdarəsi tərəfindən digər rayonlarda da bu tip görüşlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər