AAYDA-dan sürücülərə müraciət: Qış fəslinə hazır olun | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA-dan sürücülərə müraciət: Qış fəslinə hazır olun

Qafar Ağayev16:25 - 18 / 02 / 2025
AAYDA-dan sürücülərə müraciət: Qış fəslinə hazır olun

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

AAYDA-dan 1news.az-a bildirilib ki, agentlik hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışır.

Bakı şəhərində agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.

“Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yarana bilər. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qartəmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər