Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qafar Ağayev16:17 - Bu gün
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, bəyanatda deyilir:

"Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir.

Estoniya Parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir və onu törədənləri məsuliyyətə cəlb etməyə çağırır.

Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı azərbaycanlı dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.

Regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ vardır. Biz Azərbaycan Respublikasına öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik” - deyə deputat qrupunun üzvləri əlavə ediblər.

Dostluq qrupunun üzvləri: Riina Solman (sədr), Mariya Yufereva-Skuratovski (sədr müavini), Yaak Aab, Vadim Belobrovtsev, Zuleyxa İzmailova, Aleksey Yevqrafov, Ester Karuse, Toomas Kivimaqi, Ayvar Kokk, Anastasiya Kovalenko-Kılvart, Lauri Laats, Andres Metsoya, Eduard Odinets, Helyo Piekhof, Yuku-Kalle Raid, Urmas Reynsalu, Ayvar Sıerd və Hendrik Yoxannes Terras.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər